Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SOSİAL

Sabah 32 dərəcə isti olacaq

Azərbaycanda mayın 28-də gözlənilən hava şəraiti açıqlanıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətinin verdiyi məlumata görə, mayın 28-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Mülayim cənub küləyi əsəcək.

Havanın temperaturu Abşeron yarımadasında gecə 15-19, gündüz 24-29, Bakıda gecə 16-18, gündüz 26-28 dərəcə isti olacaq. Atmosfer təzyiqi 760 mm civə sütunundan 756 mm civə sütununa enəcək, nisbi rütubət gecə 60-70, gündüz 45-50 faiz təşkil edəcək.

Mayın 28-də Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi, lakin gündüz bəzi dağlıq ərazilərdə şimşək çaxacağı, qısamüddətli  yağış yağacağı gözlənilir. Gecə və səhər bəzi yerlərdə duman olacaq, qərb küləyi əsəcək.

Havanın temperaturu gecə 14-18, gündüz  27-32, dağlarda gecə 6-11, gündüz 17-22 dərəcə isti olacaq.

Tibbi-meteoroloji proqnoza gəlincə, mayın 28-də Abşeron yarımadasında meteoroloji amillərin mülayim tərəddüdü gözlənilir ki, bu da meteohəssas insanlar üçün əsasən əlverişlidir.






27 May, 2021  14:49 Baxılıb: 1017 Çap

Bu bölmədə


XƏBƏR LENTİ





2 İyun, 2021  09:58





27 May, 2021  14:49


25 May, 2021  09:44

19 May, 2021  13:18

17 May, 2021  15:54



5 May, 2021  09:56








27 Aprel, 2021  14:33

26 Aprel, 2021  10:30

26 Aprel, 2021  09:43

24 Aprel, 2021  10:04








20 Aprel, 2021  13:59


20 Aprel, 2021  09:45



19 Aprel, 2021  10:56

16 Aprel, 2021  10:26



15 Aprel, 2021  11:27



14 Aprel, 2021  14:14

14 Aprel, 2021  13:46

sagbanner