Türkiyə Böyük Millət Məclisinin Türkiyə-Azərbaycan parlamentlərarası dostluq qrupunun sədri Şamil Ayrım ölkəmizdə səfərdədir. Bu barədə Türkiyənin Azərbaycandakı səfiri Cahit Bağçı “Twitter” hesabında paylaşım edib.
“Bu gün ziyarətimizə gələn TBMM Türkiyə-Azərbaycan parlamentlərarası dostluq qrupunun sədri, İstanbul millət vəkilimiz Şamil Ayrım bəyə təşəkkür edirəm. Faydalı bir söhbət oldu”, - deyə səfir bildirib.