Sipark İnşaat şirkətinin Həsən Əliyev layihəsində tikinti yekun mərhələsinə çatıb. Pilot layihənin son görülən işləri ilə bağlı Simsar.az -a məlumat verən şirkət nümayəndəsi Nural İbrahimovun sözlərinə görə hazırda son tikilən blokun mansardında dəmir qəlib beton işləri görülür. "Qeyd edim ki, layihənin digər blokları hazırdır. 4 və 5 - ci bloklarda ağarma işləri görülür. Ümumilikdə yaşayış kompleksinin pəncərələri quraşdırılıb. Lift şaxtalarında ayaqaltıların qurulma prosesi aparılır. Binanın həyətində sakinlərin ixtiyarına veriləcək parkingin (-2) dəmir qəlib işləri görülüb betona təhvil verilib."
Yaşayış Kompleksinin fasad işlərinin də artıq tamamlanmaq üzrə olduğunu bildirən N.İbrahimov tezliklə mənzillərin təmirə təhvil veriləcəyini bildirib.
Simsar.az