Türkiyədə Cümhuriyyətin qurulmasından 97 il ötdü.
Yeniavaz.com xəbər verir ki, Qurtuluş müharibəsinin qələbəsindən Mustafa Kamal Atatürk yeni Türk dövlətini həm müasirləşdirdi, həm də demokratikləşdirdi.
Ankara Türkiyənin mərkəzi kimi tanınandan sonra yeni dövlət başçısı seçilməli idi. O günə qədər bu vəzifəni Türkiyə Böyük Millət Məclisinin sədri Mustafa Kamal Paşa icra edirdi.
1923-cü ilin 25 oktyabrnda hökumətin istefası ilə bir böhran başladı. Bu hadisə Atatürkə respublika elan etmək üçün gözlədiyi fürsəti verdi. 28 oktyabr 1923-cü il axşama qədər hökumət qurulmadıqdan sonra Mustafa Kamal Paşa Çankaya Köşkündəki dostlarına “Sabah Cümhuriyyəti elan edəcəyik” deyə bildirir.
O gecə Atatürk və İsmet İnönü, 1921-ci il konstitusiyasının bəzi maddələrini dəyişdirən qanun layihəsini hazırlayırlar
1923-cü il 29 oktyabr, bazar ertəsi günü, saat 18:00-da İsmət İnönünün başçılığı ilə Məclis toplanır və Konstitusiya Komissiyası tərəfindən təqdim edilən, konstitusiya dəyişikliyini ehtiva edən təklif müzakirə üçün gündəmə gətirilir.
Qanun layihəsi 20:30-da iclasda iştirak edən 158 üzvün hamısının səsi ilə təsdiqlənir. Cümhuriyyətin elanı alqışlarla və “Yaşasın Cümhuriyyət” sədaları ilə qarşılanır.
Cümhuriyyət elan edildikdən sonra prezident seçkiləri keçirilir və gizli səsvermədə 158 millət vəkilinin hamısının səsini alan Qazi Mustafa Kamal Türkiyə Böyük Millət Məclisi tərəfindən yeni Türk dövlətinin ilk prezidenti seçilir.