İsrailin El-Al hava yolu şirkətinə məxsus təyyarə Təl-Əvivdəki Ben-Qurion hava limanından Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabiyə uçub. Bu barədə “The Times of Israel” məlumat yayıb. “Boeing 737-900” təyyarəsinin göyərtəsində ABŞ və İsrailin yüksək vəzifəli şəxslərinin olduğu bildirilir.
ABŞ nümayəndə heyətinə həm də ABŞ Prezidentinin Milli Təhlükəsizlik müşaviri Robert O'Brayn və Donald Trampın kürəkəni Jared Kuşner də daxildir. İsrail nümayəndə heyətini ölkənin milli təhlükəsizlik müşaviri Meir Ben-Şabbat təmsil edib.
Bu, İsraildən BƏƏ-yə edilən ilk birbaşa kommersiya uçuşu olub.