Payız-qış mövsümündə qrip və buna bənzər virusların artması gözlənilir.
Oxu.Az-ın müxbiri Nazirlər Kabineti yanında operativ qərargahın keçirdiyi brifinqdən xəbər verir ki, bunu TƏBİB-in İdarə Heyəti yanında tibbi-elmi komitənin sədri Akif Qurbanov deyib. Onun sözlərinə görə, bütün hallarda istər COVID-19, istərsə də digər respirator viruslarla mübarizə çərçivəsində atılan addımlar bənzərdir:
“Bu istiqamətdə mövsümi qrip əleyhinə vaksinlər yaxın iki aya qədər ölkəyə gətiriləcək. Bu COVID-19 əleyhinə vaksin deyil, səhv salmayaq. Biz qrip və buna bənzər viruslar əleyhinə vaksinlərlə mübarizəni davam etdirəcəyik. Çünki koronavirusla paralel digər infeksiyalar insanların səhhətində ağırlaşmalara səbəb ola bilər.
Bununla, biz yoluxma sayının artımının qarşısını alacağımıza, yoluxma sayını nəzarətdə saxlayacağımıza inanırıq”.