Bağla
Mən artıq bəyənmişəm!
    
Simsar.az | bizi özünüzə Simsar bilin

SOSİAL

“Qanuni oğru”ları niyə eyni gündə öldürdülər? - MÜƏMMA

Azərbaycanlı “qanuni oğru” Nadir Səlifov Türkiyənin Antalya şəhərində qətlə yetirilib. Qafqazinfo xəbər verir ki, bu, son yeddi il ərzində Türkiyədə sui-qəsd nəticəsində qətlə yetirilən üçüncü azərbaycanlı “qanuni oğru”dur.
Belə ki, bundan yeddi il əvvəl kriminal aləmdə “Qoca Yasamalski” kimi tanınan Əlibala Həmidov Türkiyədə öldürülüb. İddialara görə, “Qoca”nı öldürməyi digər “qanuni oğru” Rövşən Lənkəranski əmr edib. 18 avqust 2013-cü ildə altı nəfər maskalı silahlı şəxs İstanbulun Baxçaşəhər səmtindəki yaşayış binasının ərazisinə daxil olaraq bir neçə atəşlə Həmidovu və onun 29 yaşlı rəfiqəsi, Rusiya vətəndaşı Asiyət Alaşovanı ağır yaralayıb. Həmidov xəstəxanaya aparılarkən yolda Alaşovaya sadəcə bir kəlmə - “Rövşən” deyərək keçinib.
Həmin hadisədən üç il sonra, yəni 2016-cı ildə isə məşhur “qanuni oğru”, kriminal aləmdə Rövşən Lənkəranski kimi tanınan Rövşən Caniyev İstanbulun Beşiktaş rayonunda sui-qəsd nəticəsində öldürülüb.
Əlibala Həmidov “Lotu Quli” ləqəbli Nadir Səlifovun klanına daxil olub. Elə buna görə də iddia olunur ki, Quli Bakıdakı 8 saylı cəzaçəkmə müəssisəsində olarkən Həmidovun ölümünə görə Caniyevi aradan götürməyi əmr edib.

Burada ən maraqlı məsələ hər üç “qanuni oğru”nun ölüm tarixləridir. Belə ki, Lənkəranski və “Qoca Yasamalski” 18 avqustda, Nadir Səlifov isə 19 avqustda öldürülüb. Bu isə qisas iddialarını bir qədər gücləndirən məqamdır.

Lakin Canıyev öldürülən zaman həbsdə olan Səlifov Lənkəranskinin qətlə yetirilməsindən təəssüfləndiyini qeyd edib. Bu barədə “Lotu Quli”nin vəkili Təranə Əliyeva mətbuata açıqlamasında bildirmişdi:
“Biz Nadir Səlifovla o barədə söhbət etdik. O, Rövşən Lənkəranskinin ölüm xəbərinə çox pis oldu. Onların arasında elə bir problem yox idi. Bu xəbəri cəzaçəkmə müəssisəsinin işçilərindən öyrənib, təəssüf və təəccüblə qarşılayıb”.
Amma buna baxmayaraq, “Lotu Quli”yə qarşı qisas məqsədi ilə sui-qəsd planı hazırlanıb. Belə ki, 2017-ci ilin noyabrında İstanbulun Bahçelievler bölgəsində yerləşən ticarət mərkəzində keçirilən əməliyyat zamanı bir qrup şəxs saxlanılıb. Əməliyyat nəticəsində saxlanılanlar arasında Rövşən Lənkəranskinin qardaşı Namiq Caniyev və Lənkəranskinin “killeri” kimi tanınan “Hacı Beyləqanski” də (Hacıbaba Talıbxanlı) olub.
Həmin vaxt Türkiyə mətbuatının yaydığı məlumata görə, Namiq Caniyev “Lotu Quli”dən qardaşının qisasını almaq üçün mütəşəkkil cinayətkarlıq dəstəsi “Şirinlər”lə  5 milyon dollar qarşılığında anlaşıb.
Lakin, qardaş ölkənin hüquq-mühafizə orqanlarının əməkdaşları sui-qəsddən xəbər tutaraq onları saxlayıb. Bir müddət sonra məhkəmənin qərarı ilə həmin şəxslər sərbəst buraxılıblar.
Onu da qeyd edək ki, Nadir Səlifov 2018-ci ilin oktyabrında Türkiyədə saxlanılıb. Həmin vaxt Silivri həbsxanasında saxlanılan “Quli”nin Rusiyaya ekstradisiyası gözlənilsə də, o, qısa müddətdən sonra azadlığa çıxıb. Ölkədən deport edilən Səlifov bu müddət ərzində Monteneqro və Birləşmiş Ərəb Əmirliklərində olub. Onun qeyri-qanuni yolla Türkiyəyə yenidən qayıtdığı bildirilir.
Xatırladaq ki, Nadir Səlifov Moskvada adam oğurluğu və hədə-qorxu ilə insanlardan pul almaqda təqsirli bilinirdi. O, qiyabi olaraq Rusiya Federasiyası Cinayət Məcəlləsinin 126 və 163-cü maddələri ilə ittiham olunurdu. Bu ittihamlarla Rusiya “Lotu Quli” barəsində beynəlxalq axtarış elan edib.






20 Avqust, 2020  11:06 Baxılıb: 5689 Çap

Bu bölmədə

18 Noyabr, 2024
Sabah qar yağacaq

XƏBƏR LENTİ
18 Noyabr, 2024  14:19

18 Noyabr, 2024  13:18


30 Sentyabr, 2024  12:25


16 Sentyabr, 2024  12:49

12 Sentyabr, 2024  11:08












10 İyun, 2024  16:13

7 İyun, 2024  12:18

6 İyun, 2024  14:22





31 May, 2024  15:30





24 May, 2024  14:01

23 May, 2024  16:06





6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55