Ləğv prosesində olan “Amrahbank” ASC-nin əmanətçiləri Milli Bankın qarşısına yığışaraq etiraz ediblər. Oxu.Az xəbər verir ki, onlar əmanətlərinin qaytarılması prosesinin sürətləndirilməsini istəyirlər.
Qeyd edək ki, banklar üzrə kompensasiyaların ödənilməsinə 1 iyun 2020-ci il tarixindən başlanılıb. Bu günə qədər “Amrahbank” ASC-nin 5,2 min əmanətçisinə 124,6 milyon manat kompensasiya ödənilib.