Türkiyənin Malatya vilayətində zəlzələ baş verib.DHA xəbər verir ki, Malatyanın Pütürgə rayonunda 5,2 bal gücündə zəlzələ baş verib. 10-12 saniyə davam edən zəlzələ Sivas, Elazığ, Adıyaman, Diyarbakır və digər vilayətlərdən hiss edilib. Zəlzələ nəticəsində heç bir dağıntı və itkinin qeydə alınmadığı bildirilib. Verilən məlumatlara görə, zəlzələ yerin 7 kilometr dərinliyində baş verib.(Yeniavaz.com)