Sipark İnşaat tikinti şirkəti tərəfindən həyata keçirilən pilot layihələrdə işlər davam etdirilir. Təbriz - Kazım Kazımzadə - Firdovsi Məmmədov küçələrinin kəsişməsində yerləşən yaşayış kompleksi 6 blok, 16 mərtəbəli layihədir. Hazırda kompleksin A,B,C bloklarında tikinti işləri 14 -cü, D blokunun inşaası 10-cu mərtəbəyə çatdırılıb. E,F bloklarında isə qeyri - yaşayış sahəsi tikilir.
Son günlərdə Layihənin E,F bloklarında inşaatın ləngiməsi ilə bağlı narahatlıqların yaranmasına aydınlıq gətirən şirkət nümayəndəsi Tahir Ocaqquliyev bildirib ki, ləngiməyə səbəb ərazidəki qurunt suları olub. "Ərazidə çıxan qurunt suları ilə bağlı bir az ləngimə olsa da indi həmin problem aradan qaldırılıb. Hazırda E,F bloklarında tikinti işləri davam etdirilir. Məlum olduğu kimi pandemiya ilə bağlı ölkədə xüsusi karantin rejimi tətbiq olunub. Şirkətimiz karantin qaydalarına tam riayət etməklə işlərini davam etdirir".
Şirkət nümayəndəsinin sözlərinə görə təcrübəli inşaat mühəndislərinin çalışdığı tikintidə yksək keyfiyyətli tikinti materiallarından istifadə olunur. "Şirkətimiz tikintidə istifadə olunan materialların keyfiyyətinə çox böyük önəm verir. Zəlzələyə davamlılığa zəmanət verilir. Bundan əlavə yaşayış kompleksində sakinlərin rahatlığı üçün bütün nüanslar nəzərə alınıb. Uşaq bağçası, fitness və SPA mərkəzi, gözəllik salonu, mağazalar, ikimərtəbəli yeraltı qaraj, uşaqlar üçün meydançalar və istirahət zonaları tikiləcək".