Ermənistan tərəfinin Mingəçevir Su Anbarını vuracaqları barədə iddialarına Müdafiə Nazirliyi cavab verib.
Yeniavaz.com xəbər verir ki, bu barədə Nazirliyin Mətbuat Xidmətinin rəisi polkovnik Vaqif Dərgahlı məlumat verib.
Bildirib ki, Mingəçevir Su Anbarının yeləşdiyi ərazinin relyefi, bu tikilidə aparılmış möhkəmləndirmə işləri, həmçinin Hava Hücumundan Müdafiə qoşunlarımızın sərəncamında olan müasir HHM vasitələri strateji obyektimizi vurmağa imkan vermir:
"Eyni zamanda Ermənistan tərəfi unutmamalıdır ki, Ordumuzun silahlanmasında olan ən yeni raket sistemləri Metsamor AES-ni yüksək dəqiqliklə vurmağa imkan verir ki, bu da Ermənistan üçün böyük fəlakətə səbəb ola bilər".