Sosial şəbəkələrdə polis əməkdaşlarına bir qadının tabesizlik göstərməsinin əks olunduğu görünütülər yayımlanıb. Bakı Şəhər Baş Polis İdarəsindən Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, məsələ barədə araşdırma aparılıb. ildirilib ki, fakt 1 ay əvvəl – iyunun 7-də şənbə-bazar günlərində sərtləşdirilmiş karantin günündə Xətai rayonunda qanunsuz fəaliyyət göstərən mağazanın icarədarı bölməyə dəvət olunarkən baş verib: “Buna baxmayaraq, B.M-nın bölməyə aparılaraq epidemiya əleyhinə, sanitariya-gigiyena və karantin rejimini pozduğuna görə inzibati məsuliyyətə cəlb olunub”.