Azərbaycanda daha 513 nəfərin koronavirus infeksiyasına yoluxduğu aşkarlanıb. Bu barədə Nazirlər Kabineti yanında operativ qərargah məlumat yayıb.
Qeyd edilib ki, koronavirusa yoluxmuş şəxslərdən 440 nəfəri müalicə olunaraq sağalıb və evə buraxılıb. COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış səkkiz nəfər vəfat edib.