Samux Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən rayon ərazisində karantin rejimi qaydalarının təmin olunması məqsədilə xidmət aparılan Kür çayının Samux rayon ərazisindən keçən hissəsinin kənarında bir qrup vətəndaşın piknik təşkil etməsi müəyyən edilib.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupundan Yeniavaz.com-a verilən məlumata görə, Samux rayon sakinləri, Eyvaz İsmayılov, Nicat İsmayılov, Samir Rüstəmov, Hüseyn Zeynalzadə, Fəxri Atakişiyev, Elçin Əliyev,Eltun Zeynallı və Kənan Piriyev olduqları məlum olub. Həmin şəxslər barəsində barəsində İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsi (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması) ilə 200 manat məbləğində cərimə edilib.