Bağla
Mən artıq bəyənmişəm!
    
Simsar.az | bizi özünüzə Simsar bilin

SOSİAL

Baş redaktor təhqir olundu, "Bandotdel"ə müraciət etdi – TƏFƏRRÜAT

"Sosial şəbəkədə yazdığım statusun altında Azər Hacıyev adlı şəxs məni ailə üzvlərimlə bağlı təhqir etməyə başladı, guya mənim nigahdankənar övladım var. Mən də öyrəndim ki, həmin bu profil, Məlahət Qurbanovanın köməkçisi Toğrul Allahverdilinin mobil nömrəsi ilə qeydiyyatdan keçib. Buna görə də mən Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə müraciət etdim və idarəyə gedərək şikayətimi yazdım".
Bu sözləri Yeniavaz.com-a açıqlamasında Criminal.az saytının təsisçisi və baş redaktoru Anar Məmmədov deyib. O bildirib ki, bir neçə ay əvvəl rəhbəri olduğu saytda yazdığı yazıya görə “Lombard №1”in sahibi Məlahət Qurbanova onu məhkəməyə verib:
“Mən bir neçə ay öncə rəhbəri olduğum saytda “Lombard №1”in sahibi Məlahət Qurbanova ilə keçmiş Əmək və Əhalinin Sosial Müdafiə naziri Füzuli Ələkbərovun məhkəmə çəkişməsi barədə yazı yazmışdım. Yazını yazmaqda məqsəd keçmiş nazirin məhkəmədə tərəf olması idi. Sonradan məlum oldu ki, tərəflərdən biri olan Məlahət Qurbanova lombard sahibidir. Mən də xəbərin başlığını “Lombard Məlahətlə keçmiş nazirin çəkişməsi” kimi verdim. Bundan sonra Məlahət Qurbanova xüsusi ittiham qaydasında  məni məhkəməyə verdi. Eyni zamanda şərəf və ləyaqətinin alçaldılması ilə bağlı başqa bir iddia da qaldırdı və Heydər Əliyev fonduna köçürülməsi üçün məndən 100 min azn tələb etdi. Bir neçə ay davam edən proseslərdən sonra iyun ayının 16-da məhkəmə mənimlə bağlı qərar verdi. Xüsusi ittihamla bağlı qərar bu oldu ki, mən 1 il müddətinə islah işlərinə cəlb olunuram və əməkhaqqımın 20 faizi dövlət hesabına köçürülür. Məhkəmə 100 min manatın tələb olunduğu mülki iddianı isə qismən təmin etdi və məni 200 manat məbləğində cərimələdi”.
Anar Məmmədovun sözlərinə görə, onun sosial şəbəkədə təhqir olunması isə, sözügedən məhkəmə prosesinin başa çatmasından bir gün sonra yaşanıb:
“Məhkəmə hökmündən bir gün sonra, sosial şəbəkədə həmin proseslə bağlı yazdığım statusun altında Azər Hacıyev adlı şəxs məni ailə üzvlərimlə bağlı təhqir etməyə başladı, guya mənim nigahdankənar övladım var. Mən də öyrəndim ki, həmin bu profil, Məlahət Qurbanovanın köməkçisi Toğrul Allahverdilinin mobil nömrəsi ilə qeydiyyatdan keçib. Buna görə də mən Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə müraciət etdim və idarəyə gedərək şikayətimi yazdım. Əlimdə olan məlumatları onlara təqdim etdim. Dünən də həmin idarədə Toğrul Allahverdili ilə üzləşdim. “Bandotdel”in araşdırması nəticəsində məlum oldu ki, həqiqətən də o profil T. Allahverdilinin mobil nömrəsi ilə qeydiyyatdan keçirilib. T. Allahverdili orada işi araşdıran polis əməkdaşına bildirdi ki, “mən Məlahət Qurbanova üçün bir neçə profil açmışam və onların parolunu da özünə vermişəm, ola bilsin ki, o, profilin adını dəyişib Azər Hacıyev edib və Anarı təhqir edib”. Yəni işi atdı Məlahət Qurbanovanın üstünə”.
Məsələ ilə bağlı Toğrul Allaverdili ilə əlaqə saxladıq. O özünün və Məlahət Qurbanovanın bu barədə danışmaq istəmədiyini bildirdi.






1 İyul, 2020  17:47 Baxılıb: 4525 Çap

Bu bölmədə

18 Noyabr, 2024
Sabah qar yağacaq

XƏBƏR LENTİ
18 Noyabr, 2024  14:19

18 Noyabr, 2024  13:18


30 Sentyabr, 2024  12:25


16 Sentyabr, 2024  12:49

12 Sentyabr, 2024  11:08












10 İyun, 2024  16:13

7 İyun, 2024  12:18

6 İyun, 2024  14:22





31 May, 2024  15:30





24 May, 2024  14:01

23 May, 2024  16:06





6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55