Bakıda dörd nəfər köməksiz qalıb. Bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb. Bildirilib ki, Bakı şəhərinin Binəqədi, Xətai, Suraxanı və Səbail rayonlarında ayrı-ayrı ünvanlarda dörd nəfər bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb.
Çağırış ünvanlarına cəlb olunan Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri tərəfindən vətəndaşlara kömək göstərilib.