Bağla
Mən artıq bəyənmişəm!
    
Simsar.az | bizi özünüzə Simsar bilin

SOSİAL

“Gilan”ın dövlət büdcəsinə böyük həcmdə vergi borcu var – Şirkətlərin SİYAHIS

Vaxtilə Fövqəladə Hallar Naziri Kəmaləddin Heydərovun ailə üzvlərinə məxsus olan və əsasən “Gilan” adı ilə fəaliyyət göstərən şirkətlərin dövlət büdcəsinə böyük həcmdə vergi borcları var.
Yeniavaz.com-un apardığı araşdırmaya görə, Kəmaləddin Heydərovun ailə üzvlərinə məxsus olan və əsasən “Gilan” adı ilə fəaliyyət göstərən 11 şirkətin dövlət büdcəsinə ümumilikdə 407 min 783 manat 38 qəpik borcu var.
Ən böyük borc “Gilan-Beton” MMC-yə məxsusdur. Bu şirkətin vergi borcu 305 min 125 manat 4 qəpik təşkil edir.
Digər şirkətlərin vergi borcları aşağıdaki kimidir:

 




Məlumat üçün bildirək ki, adları qeyd olunan şirkətlərin Fövqəladə Hallar naziri Kəmaləddin Heydərova məxsus olması barədə bugünə kimi mətbuatda çoxsaylı məlumatlar yer alıb. Kəmaləddin Heydərovun övladları Tale və Nicat Heydərovlar da adları qeyd olunan şirkətlərin rəhbərliyində yer alıblar. Tale Heydərov vaxtı ilə ölkənin ən böyük holdinqlərindən birinin - "GİLAN Holdinq"in rəhbərliyində təmsil olunub. Tale Heydərov "GİLAN Holdinq"in tərkibində yer alan "Qəbələ" Futbol Klubunun prezidenti, həmçinin İngiltərədə qeydiyyatdan keçən "United Enterprises International" şirkətinin rəhbəri olub. Lakin, son illər "GİLAN Holdinq"ə daxil olan bəzi şirkətlər rəsmi şəkildə fəaliyyətini dayandırdığını bəyan edib. Tale Heydərova məxsus "taleheydarov.com" saytında qeyd olunur ki, onun biznesinə hazırda "TEAS Nəşriyyat evi", "Libraff" kitab mağazaları şəbəkəsi və illik təhsil haqqının 12-15,5 min manat olduğu  "Avropa Azərbaycan Məktəbi" daxildir. Kəmaləddin Heydərovun digər oğlu Nicat Heydarov "linkedin" sosial şəbəkəsindəki hesabında özünü "GİLAN Holdinq"in rəhbəri (CEO) kimi təqdim edir. Nicatın adına İngiltərədə qeyydiyyatda olan "United Enterprises International" şirkətinin rəhbərləri arasında rast gəlmək olar. Bu şirkətin azərbaycandakı təmsilçiliyinin rəhbəri isə hal-hazırda da Tale Heydərovdur. Vaxti ilə İngitərədə "GİLAN Holdinq"in biznes maraqlarını təmin edən bu şirkətin hazırda rəsmi veb-səhifəsi  - "ueiholding.com" fəaliyyət göstərmir.
Hazırda aktiv şəkildə fəaliyyət göstərən və 5,4 min manata yaxın vergi borcu olan “Gilan-Construction Group” MMC-nin qanuni təmsilçisi isə İsmayılov Elvin İsmayıl oğludur. Bu şəxsin tərcümeyi halına baxıldığı zaman açıq şəkildə görülür ki, fəaliyyətinin böyük bir hissəsi FHN naziri Kəmaləddin Heydərovun yaxın ətrafında keçib. Gənclər və İdman nazirinin müavini İsmayıl İsmayılovun oğlu olan Elvin İsmayılov 2012-ci ildə (25 yaşında) Fövqəladə Hallar nazirinin idman məsələləri üzrə köməkçisi, 2014-cü ildə (27 yaşında) Fövqəladə Halların Xəbərdar Edilməsi və Daxili Təhlükəsizlik Baş idarəsinin rəis müavini olub.  2012-ci ildən bu günə qədər “Qəbələ” İdman Klubunda atıcılıq növləri üzrə vitse-prezidentdir.






19 İyun, 2020  17:16 Baxılıb: 2483 Çap

Bu bölmədə

18 Noyabr, 2024
Sabah qar yağacaq

XƏBƏR LENTİ
18 Noyabr, 2024  14:19

18 Noyabr, 2024  13:18


30 Sentyabr, 2024  12:25


16 Sentyabr, 2024  12:49

12 Sentyabr, 2024  11:08












10 İyun, 2024  16:13

7 İyun, 2024  12:18

6 İyun, 2024  14:22





31 May, 2024  15:30





24 May, 2024  14:01

23 May, 2024  16:06





6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55