Bakıda əməliyyat olunan azyaşlı xəstəxanada ölüb. Trend-in məlumatına görə, hadisə 1 saylı Kliniki Tibbi Mərkəzdə baş verib.
Mərkəzin Uşaq Cərrahiyyə Şöbəsində Bakı şəhər sakini, 2011-ci il təvəllüdlü Emin Abdullayev kəskin appendisit diaqnozu ilə cərrahiyə əməliyyatı olunaraq, reanimasiya şöbəsinə yerləşdirilib. Göstərilən tibbi yardımlara baxmayaraq, E.Abdullayev ölüb.
Faktla bağlı Nəsimi Rayon Prokurorluğunda araşdırma aparılır.