Mingəçevirdə mənzildə yanğın hadisəsi baş verib. Yeniavaz.com xəbər verir ki, şəhərin D.Əliyeva 2 ünvanında yerləşən beş mərtəbəli binanın beşinci mərtəbəsində iki otaqlı evin bir otağı əşyaları ilə birgə yanıb. Dərhal hadisə yerinə yanğından mühafizə briqadası cəlb olunub. Yanğın söndürülüb və digər otaqlara keçməsinin qarşısı alınıb.
Ev, şəhər sakini, 1975 ci il təvəllüdlü Olqa Vladimirovaya aiddir. Məlum olub ki, hadisəni evdə nəzarətsiz qalan azyaşlı uşaq törədib.