|
Mahir Mehdi: "...bütün sakinləri, sən olan şəhər..."
... Girişsiz başlayıb,
bu adamı da
oxudum ikicə
söz arasında.
Ömrünün önündə
yer tutammayıb,
çatdırdım özümü
son sırasına.
Başımı işlədib
bitirdim tamam,
özgə ayaqlarda
yetişdim bura.
Öldüm əvvəlini
hamıdan qabaq,
sonranı yaşadım
hamıdan sonra.
Yazıdan çıxmayıb
bir sətir çölə,
qayıtdım özümü
getdiyin qədər.
Bir şəhər tiksəydin,
itib gələrdim -
bütün sakinləri
sən olan şəhər...
29 Aprel, 2020 21:58 ⁄ Baxılıb: 12852 ⁄ Çap
Bu bölmədə
|
|
|