UFC çempionu rusiyalı Həbib Nurməhəmmədov Afrika qitəsində çıxış etmək istəyir. Nurməhəmmədov Məhəmməd Əli ilə Corc Foremanın arasında baş tutmuş döyüşdən görüntüləri paylaşıb. “Cəngəllikdə döyüş” adlandırılan qarşılaşma 1974-cü ildə Zairdə baş tutub. Döyüş Məhəmməd Əlinin qələbəsi ilə bitib. “Afrikada döyüşmək böyük şərəf olardı”, - Həbib Nurməhəmmədov “İnstagram”da yazıb.(oxu)