Məşhur türkiyəli sənətçi Orhan Gencebay xəstəxanaya yerləşdirilib. “Habertürk” xəbər verir ki, müğənni sinəsində ağrılar səbəbi ilə getdiyi xəstəxanada reanimasiya yerləşdirilib. Angioqrafiya olunan Gencebayın tıxanan iki ürək damarına stend qoyub. Hazırda reanimasiyada olan ifaçının səhhətinin normal olduğu bildirilir.(yeniavaz)