Qazaxıstanın Qızıl Orda vilayətində Mi-8 hərbi helikopterin qəzaya uğraması nəticəsində 13 hərbçi ölüb. Bu barədə Qazaxıstan Respublikasının Müdafiə Nazirliyi məlumat yayıb. Qeyd olunub ki, yerə çırpılan helikopter tamamilə yanıb.
Qazaxıstan prezidenti Kasım-Jomart Tokayev də təyyarə qəzasında 13 hərbçinin həlak oldğunu bəyan edib və onların ailələrinə başsağlığı verib. Hazırda hadisə yerində xüsusi komissiya işləyir.(report)