İngiltərənin "Hurricane" şirkəti Şimal dənizindəki Şetland adalarından 97 km qərbdə, ehtiyatı 1 mlrd. barel neft həcmində qiymətləndirilən yataq kəşf edib. "Haberler" saytı xəbər verir ki, kəşf edilən sahədə neftin çıxarılmasına 2019-cu ildə başlanılacaq. Artıq 1 156 metr dərinliyə çataraq bir-birindən 30 km məsafədə 2 qazma quyusunun çox keyfiyyətli neft ehtiyatı tapıldığı biıldirilir.
Şirkətin menecerlərindən biri, Robert Trays bildirib ki, "bu, bizim şirkət üçün çox sevindirici xəbər olmaqla bərabər İngiltərənin son illərdə rastlaşdığı ən böyük neft yatağıdır". Xəbərdən sonra şirkətin səhmlərinin 6% bahalaşdığı qeyd olunur.
Bəzi qiymətləndirmələrə görə, bu, Avropanın ən böyük neft yatağı hesab olunur.(report)