Bağla
Mən artıq bəyənmişəm!
    
Simsar.az | bizi özünüzə Simsar bilin

"WediaCorp" şirkəti Bakıda YouTube üzrə seminar keçirəcək

Türkiyədə "YouTube" sektorunun inkişafında böyük rol oynayan və innovasiyaları ilə tanınan, MENA Bölgəsinin lideri "WediaCorp" şirkəti Azərbaycanda da fəaliyyətini uğurla davam etdirir.

Simsar.az xəbər verir ki, 6000 "YouTube" kanalı olan "Wediacorp"-un partnyorluğundakı videolar son bir ildə 256.897.675.354.015 saat izlənilib. Yüz minlərlə virtual resursu digital platformalarda təmsil edərək haqlarını qoruyub. Azərbaycanda "Xəzər TV", "ARB", "Dünya TV", "İnterAz TV", "İlk Media", "Media Master Baku", "Cinema Company Azerbaijan" kimi bir çox şirkətlərin digital resursları "WediaCorp" tərəfindən idarə edilməkdədir.

Şirkətin qurucusu İstanbul Universitetinin müəlliməsi, rejissor Funda Şen Bakı şəhərində "YouTube və Digital Haqlar" mövzusunda 7 Mart 2017-ci il tarixində geniş bir seminar təşkil edəcək.

Seminarda "YouTube" üçün videoresursların hazırlanması, bu videoalardan gəlir əldə edilməsi, videoların lisenziyalaşdırılması, qorunması, "YouTube abunə inkişaf programı", virtual auditoriyanın idarə edilməsi, "YouTube SEO" və reklam kampaniyaları kimi mövzular ətrafında geniş şəkildə müzakirələr aparılacaq.

Bildirək ki, Landmark otelində keçiriləcək seminar göstərilən tarixdə saat 13.30-dan 18.00-a kimi olacaq.






6 Mart, 2017  15:40 Baxılıb: 4730 Çap

Bu bölmədə


XƏBƏR LENTİ
29 Noyabr, 2024  12:14

27 Noyabr, 2024  13:23


18 Noyabr, 2024  14:19

18 Noyabr, 2024  13:18


30 Sentyabr, 2024  12:25


16 Sentyabr, 2024  12:49

12 Sentyabr, 2024  11:08












10 İyun, 2024  16:13

7 İyun, 2024  12:18

6 İyun, 2024  14:22





31 May, 2024  15:30





24 May, 2024  14:01

23 May, 2024  16:06





6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16