Azərbaycan xalqı, rütbəlisi, siravisi, qocası, gənci bu gün - dekabrın 12-si Fəxri Xiyabana axın etdi. Hər kəsin bir məqsədi var idi - Ulu Öndərinə vəfa borcunu yerinə yetirmək. Axı bu gün Ümummilli lider, müasir Azərbaycanın banisi, dünya şöhrətli siyasi xadim Heydər Əliyevin ruhunun əbədiyyətə qovuşmasından 11 il keçir.
Azərbaycanlı olması ilə fəxr edən əbədi prezidentini xalqı, hər il olduğu kimi bu il də izdihamla yad etdi.
Bir daha Heydər Əliyevin əbədi, ölməz olduğunu, Azərbaycan xalqının qəlbində daim yaşayacağını isbat etdilər.
Hazırladı: Vüsal Qarayev, Nuranə Novruz