Fazil Məmmədov: "Bizdə vergi dərəcələri çox optimaldır"
Azərbaycanın Vergilər Məcəlləsinə gözlənilən dəyişikliklər çərçivəsində vergi dərəcələrinin dəyişdirilməsi gözlənilmir.
“APA-ECONOMICS”in xəbərinə görə, bu barədə vergilər naziri Fazil Məmmədov bildirib.
Onun sözlərinə görə, vergi dərəcələrinin dəyişdirilməsinə ehtiyac da yoxdur: “Digər Şərqi Avropa ölkələrinə baxanda, bizdə vergi dərəcələri çox optimaldır. Vergilərin sayı da azdır və sadələşdirilib. Ona görə də bu il vergi dərəcələrinə baxılmasına ehtiyac yoxdur”.