Bağla
Mən artıq bəyənmişəm!
    
Simsar.az | bizi özünüzə Simsar bilin

Dünya

Fransa çarşaba qadağa qoydu

Sarkozi 3 min musəlmana qarşı

Fransada adı açıqlanmayan bir qadın ictimai yerdə çarşablı gəzdiyinə görə həbs olunub. APA-nın məlumatına görə, hadisə Avinyon şəhər vağzalında baş verib. Qadın qadınların ictimai yerlərdə üzləri tam bağlı şəkildə gəzməsini qadağan edən qanuna həsr olunmuş verilişdə iştirak etmək üçün Parisə gedirmiş. Fransada qeyd olunan qanun bu gündən qüvvəyə minib. Həbs olunan qadın bildirib ki, bu qanun onun dini azadlıqlarını pozur. Yeni qanuna görə saxlanan qadın 150 avro cərimə ödəməli və xarici vətəndaşlar üçün məcburi kurslara cəlb olunmalıdır. Bundan əvvəl Parisdə qanunun əleyhinə aksiya keçirməyə çalışan 60-dək şəxs saxlanıb. 

Yeni qanun müsəlman icmasının ciddi narazılığına səbəb olub. Qanuna əsasən, həyat yoldaşları və qızlarını çadra taxmağa məcbur edən kişilər 30 min avro cərimə olunacaq, əgər buna məcbur edilən şəxs yeniyetməlik yaşına çatmayan qızdırsa, o zaman cərimənin həcmi iki dəfə artır. Müsəlman icması prezident Sarkozinin təşəbbüsü ilə qəbul olunan bu qanunun tətbiqinin polislə ölkə əhalisinin bir hissəsi arasında toqquşmalara səbəb olacağı barədə xəbərdarlıq edib, Üsamə bin Laden isə buna görə Fransadan qisas alacağını bildirib.
 






12 Aprel, 2011  00:09 Baxılıb: 1358 Çap

Bu bölmədə


XƏBƏR LENTİ
29 Noyabr, 2024  12:14

27 Noyabr, 2024  13:23


18 Noyabr, 2024  14:19

18 Noyabr, 2024  13:18


30 Sentyabr, 2024  12:25


16 Sentyabr, 2024  12:49

12 Sentyabr, 2024  11:08












10 İyun, 2024  16:13

7 İyun, 2024  12:18

6 İyun, 2024  14:22





31 May, 2024  15:30





24 May, 2024  14:01

23 May, 2024  16:06





6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16