Bağla
Mən artıq bəyənmişəm!
    
Simsar.az | bizi özünüzə Simsar bilin

SİYASƏT

Elmar Məmmədyarov Meksikada mühüm görüşlər keçirib

Nazir Meksikalılara Qarabağ dərdindən danışıb 

Xarici İşlər naziri Elmar Məmmədyarov Meksikaya ilk rəsmi səfəri çərçivəsində dünən Meksika Konqresinin Deputatlar Palatasında Meksika–Azərbaycan Parlamentlərarası Dostluq Qrupunun üzvləri və Palatanın Beynəlxalq Əlaqələr Komitəsinin sədri Porfirio Munyoz Ledo ilə görüşüb.

Nazirliyin mətbuat xidmətindən Simsar.az-a verilən məlumata görə, görüş, Parlament Televiziyası vasitəsi ilə canlı yayımlanıb. Meksika Konqresinin deputatları Azərbaycanla müxtəlif istiqamətlərdə, o cümlədən mədəniyyət və təhsil, iqtisadi, ticarət əlaqələrinin inkişaf etdirilməsinin vacibliyini qeyd ediblər. Həmçinin bu istiqamətdə hər iki ölkənin parlamentlərarası dostluq qruplarının fəaliyyətinin intensivləşdirilməlinin vacibliyi vurğulanıb. 

Görüşdə Elmar Məmmədyarov Meksikaya səfəri çərçivəsində keçirilmiş görüşlərdən söz açaraq, Azərbaycanın xarici siyasətinin prioritetləri və beynəlxalq əməkdaşlıq istiqamətləri, Azərbaycanda davam edən iqtisadi proseslərdən danışıb. O həmçinin Meksika ilə ikitərəfli əlaqələrin inkişafı, beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq məsələlərindən bəhs edib.

Nazir Meksika parlamentarilərinə Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin nəticələri, bir milyondan artıq Azərbaycan əhalisinin qaçqın və məcburi köçkün olduğunu və münaqişənin həlli istiqamətində aparılan danışıqlar prosesi haqda ətraflı məlumat verib. Parlamentlərarası dostluq qrupunun üzvləri münaqişənin tezliklə həll edilməsinin vacibliyini qeyd edərək, münaqişənin nizamlanması zamanı Azərbaycanın suverenliyinə beynəlxalq hüquq çərçivəsində hörmətlə yanaşmanın zəruriliyini vurğulayıblar.

Martın 29-da Elmar Məmmədyarov Meksika Senatının dəvəti ilə Senatorlarla birgə Azərbaycanın xarici siyasəti və Meksika ilə ikitərəfli münasibətləri mövzusunda dəyirmi masa görüşündə iştirak edib. Senatorlar ilk dəfə Meksikada səfərdə olan Azərbaycan Xarici İşlər Nazirini salamlayaraq, ölkələrimiz arasında parlamentlərarası münasibətlərə Meksika Senatı tərəfindən mühüm əhəmiyyət verildiyini bildiriblər. Nazir burada da Ermənistanın Azərbaycana qarşı təcavüzündən danışaraq münaqişənin beynəlxalq hüququn norma və prinsipləri əsasında həll edilməsinin vacibliyini dilə gətirib.






30 Mart, 2011  20:10 Baxılıb: 1301 Çap

Bu bölmədə


XƏBƏR LENTİ
29 Noyabr, 2024  12:14

27 Noyabr, 2024  13:23


18 Noyabr, 2024  14:19

18 Noyabr, 2024  13:18


30 Sentyabr, 2024  12:25


16 Sentyabr, 2024  12:49

12 Sentyabr, 2024  11:08












10 İyun, 2024  16:13

7 İyun, 2024  12:18

6 İyun, 2024  14:22





31 May, 2024  15:30





24 May, 2024  14:01

23 May, 2024  16:06





6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16