Bağla
Mən artıq bəyənmişəm!
    
Simsar.az | bizi özünüzə Simsar bilin

HADİSƏ

ORDUDA YENƏ “DEDAVŞİNA” FAKTI

ATA ƏSGƏR OĞLUNUN DÖYÜLMƏSİNİ TƏFƏRRÜATI İLƏ ANLADIR, MÜDAFİƏ NAZİRLİYİNDƏN İSƏ CİNAYƏT İŞİ QALDIRILIB

Tovuzun Düzqırıqlı kənd sakini Hümbət Rəsulov Əhməd oğlu Simsar.az saytına Yevlax rayonu N saylı hərbi hissədə həqiqi hərbi xidmətdə olan oğlu Rəsul Rəsulovun əsgər yoldaşı tərəfindən təzyiqə məruz qalaraq, döyüldüyü barədə şikayət məktubu yazıb. 
"Milli ordunun əsgərləri nə vaxta kimi təzyiqlərə məruz qalacaq?” başlıqlı məktubda H.Rəsulov yazır: “Oğlum Rəsulov Rəsul hərbi xidmət müddətinin 9 ayını başa vurmaq üzrədir. 2011-ci ilin mart ayının 1-i gecəsi oğlum gizir Vüqar Əliyev tərəfindən yuxudan səbəbsiz oyadılaraq, təzyiqə məruz qalıb. Oğlum nə baş verdiyini belə anlamadan eyni çagırışdan olan əsgər Toğrul Əliyevin təzyiqinə məruz qalıb. Günahsız yerə oğlum əvvəlcə iki şillə və bir yumruq, daha sonra isə ciddi zərbələr alıb. Aldığı zərbələrdən özünü itirərək Əliyev Toğrula bir yumruq atıb.
Naməlum səbəbdən Əliyev Toğrul tərəfindən döyülərkən özünü qorumaga cəhd edən oglum aldığı zərbələr nədənsə ekspertiza aparılması üçün həkim müayinəsinə göndərilmədiyi halda, Əliyev Toğrulun aldığı bir yumruğa görə həkim müayinəsi təyin edilib. Oglum Rəsulov Rəsul isə həkim müayinəsinə göndərilmir. Başından və ayağından aldıgı zərbələr nəticəsində bir neçə gün axsayaraq yeriyir və xəbəri də olmur ki, Əliyev Toğrul artıq həkim müayinəsindən keçirilib. Biz bu işdən xəbər tutanda artıq mart ayının 12-si idi.
Müdafiə Nazirliyi mətbuat xidmətinin əməkdaşı Teymur Abdullayev Simsar.az saytına iki əsgər arasında yaranan insidentlə bağlı bunları deyib: “Hər iki əsgər arasında dava olub. Rəsulov Rəsul və Əliyev Toğrul arasında baş verən münaqişə zamanı əsgərlər bir-birini döyüb. O ki qaldı gizir Vüqar Əliyevə, istintaq başa çatdıqdan sonra onun bu işlə əlaqəsinin olub-olmadığı ortaya çıxacaq”.
T.Abdullayev faktla bağlı cinayət işinin qaldırıldığını bildirib.






29 Mart, 2011  19:40 Baxılıb: 3190 Çap

Bu bölmədə


XƏBƏR LENTİ
29 Noyabr, 2024  12:14

27 Noyabr, 2024  13:23


18 Noyabr, 2024  14:19

18 Noyabr, 2024  13:18


30 Sentyabr, 2024  12:25


16 Sentyabr, 2024  12:49

12 Sentyabr, 2024  11:08












10 İyun, 2024  16:13

7 İyun, 2024  12:18

6 İyun, 2024  14:22





31 May, 2024  15:30





24 May, 2024  14:01

23 May, 2024  16:06





6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16