Xaliq Bahadır liderlərə səsləndi: Susun!”
AXCP Rəyasət Heyətinin üzvü, yazar Xaliq Bahadırın İctimai Palatanın Koordinasiya Şurasının bəzi üzvlərini xalqın maraqlarını satmaqda, agentura şəbəkəsi rolunu oynamaqda ittiham etməsi onu hədəfə çevirib. Yazar təmsil olunduğu partiyanın rəhbərliyi tərəfindən rəsmi xəbərdarlıq alıb.
X.Bahadır “Şərq” qəzetinə açıqlamasında mövqeyini belə müdafiə edir: “Müxalifəti tənqid etdiyimə görə kim məni hakimiyyətlə bağlasa, bu, o deməkdir ki, o adamın özünün soy-kökündən xəbəri yoxdur. O adamlar susmalıdırlar. Susmasalar, mən çox şeylərin üstünü aça bilərəm. Qoy sussunlar. Xaliq Bahadır 18 ildir bu hakimiyyətlə vuruşur. Ancaq bir çox adamlar 18 ildə 180 dəfə mövqe dəyişiblər. Xalıq Bahadır isə bir dəfə də olsun mövqeyini dəyişməyib”.
Aylin