Biznesmen istintaqa çağırıldı
Azərbaycanlı biznesmen Telman İsmayglov Rusiya hüquq-mühafizə orqanları tərəfindən dindirilib. Rusiya mətbuatı yazır ki, ondan ötən ilin noyabrında Moskvanın Dairəvi Avtomobil Yolunda baş vermiş dava ilə bağlı ifadə alıblar.
2010-cu il noyabrın 24-də T.İsmayılovun oğlunun korteji şosedə hərəkət edərkən öndə gedən “Lexus” markalı avtomobili yolun kənarına sıxaraq onun sürücüsünü döymək istəyiblər.
Sürücü avtomobilin qapısını vaxtında bağladığı üçün onu izəridən zıxarmaq mümkün olmayıb, ancaq mühafizəçilər Aleksey Smirnov adlı sürücünün eynəyini, avtomobilin farasını və yan şüşəsini sındırıb hadisə yerindən qaçıblar
İlkin istintaq avtomobilin T.ismayılovun sahibi olduru AST şirkətlər qrupuna daxil olan “Şit” mühafizə firmasına aid olduğunu müəyyən edib.
Rusiya mətbuatındakı məlumatlara görə, biznesmen ifadəsində deyib ki, o həmin insident zamang Maldiv adalarında istirahətdə olub və bu səbəbdən baş verənlərə heç bir aidiyyatı yoxdur.
Ramil