Fevralın 21-də Qusarın daha bir kəndi mavi yanacaqla təmin olunub.
Mərasimdə kənd sakinləri ilə bərabər Qusar rayon İcra Hakimiyyəti başçısı Şair Alxasov da iştirak edib. Məlumata görə, 160 illik tarixi olan kənddə bu vaxta qədər təbii qaz olmayıb. Kənddə yaşayan 112 abonent bundan sonra istilik kimi təbii qazdan istifadə edə biləcək.
Qusar rayon Qaz İstismar Sahəsinin rəisi Elbrus Hacıyev Lent.az-a bildirib ki, bundan sonra rayonun Mucuqoba, Salehoba, Üzdənoba kəndlərinə cari ildə qazın verilişi nəzərdə tutulur. Hazırda həmin kəndlərdə hazırıq prosesi davam etdirilir.