Xarici ölkələrdə dövlət hesabına oxuyan tələbələr çıxılmaz duruma düşüb. Belə ki, son 3 ayda onların təhsil haqları ödənilmədiyi üçün problemlər yaranıb.
Bu barədə Almaniyada təhsil alan tələbələrin birinin valideyni məlumat verib. Valideynin sözlərinə görə, hökumət xarici ölkələrdə təhsil alan tələbələrin təhsil haqqını ötən ilin dekabrına kimi ödəyib, bundan sonrakı aylar üçünsə pul ödənilməyib. Bu səbəbdən problem yaranıb: “Pul olmaması üzündən tələbələrin ərzaq almalarında çətinliklər var”.
Valideyn bildirdi ki, onlar uşaqlarının yaşayıb təhsil alması üçün üç aydır özləri pul göndərməli olurlar: “Buna isə hamının imkan çatmır. Etdiyimiz müraciətlərə baxmayaraq, bu sahəyə baxan dövlət qurumları hələ də xaric ölkədə təhsil alan tələbələrimizin taleyi ilə maraqlanmayıb”.