Bağla
Mən artıq bəyənmişəm!
    
Simsar.az | bizi özünüzə Simsar bilin

SİYASƏT

«İt başı», «korrupsiya», «sahibkarlara təzyiqlər» ittihamları cavabsız qaldı

Elmar Vəliyev sualımızı dinlədi və telefonu qapatdı

Son günlər mətbuatda Yevlax rayon icra hakimiyyətinin başçısı Elmar Vəliyevin fəaliyyəti ilə bağlı tənqidi materiallar dərc olunur. 

«Yeni Müsavat» qəzeti hətta E.Vəliyevin özü ilə bağlı da ilginc faktlar açıqlayıb.

Qəzetin yazdığına görə, Yevlaxda müəyyən şəxslər icra başçısının həyətindəki itin başını kəsib onun yaxınlarından birinin məzarının üzərinə qoyublar. Qəzetin növbəti saylarında isə Yevlaxda aparılan abadlıq işləri zamanı mənimsənilən dövlət vəsaitləri, sahibkarların incidilməsi barədə yazılıb.
Korrupsiyaya qarşı mübarizənin gücləndirildiyi bir zamanda hansısa icra başçısının barəsində bu kimi ilginc məlumatların yayılmasının səbəbsiz olmadığı kimi, nəticəsiz də qalmayacağını düşünmək olar.
Simsar.az saytının əməkdaşı icra başçısı E.Vəliyevlə əlaqə saxlayaraq barəsində dərc olunan məlumatlara münasibətini öyrənmək istəyib. Əməkdaşımızın sualını sona qədər dinləməyən Elmar müəllim telefonu qapadıb.


RAMİL






10 Fevral, 2011  16:36 Baxılıb: 2216 Çap

Bu bölmədə


XƏBƏR LENTİ
29 Noyabr, 2024  12:14

27 Noyabr, 2024  13:23


18 Noyabr, 2024  14:19

18 Noyabr, 2024  13:18


30 Sentyabr, 2024  12:25


16 Sentyabr, 2024  12:49

12 Sentyabr, 2024  11:08












10 İyun, 2024  16:13

7 İyun, 2024  12:18

6 İyun, 2024  14:22





31 May, 2024  15:30





24 May, 2024  14:01

23 May, 2024  16:06





6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16