Bağla
Mən artıq bəyənmişəm!
    
Simsar.az | bizi özünüzə Simsar bilin

Dünya

Misirdə tətil başladı

Ölkə iqtisadiyyatının iflic duruma düşmək təhlükəsi var

Misirdə 3 mindən çox dəmir yol işçisi tətil elan edib. Lent.az-ın “Al-Masri Al-Youm” qəzetinə istinadən verdiyi məlumata görə, işçilər Nəqliyyat Nazirliyinin onların maaşlarını qaldırmasını tələb edirlər. 

Aksiyaçılar dəmir yolunda hərəkəti dayandırıb, reyslərin üzərində oturublar. Dəmiryolçuların təmsilçisi deyib ki, tələbləri yerinə yetirilənə qədər oturduqları yerdən qalxmayacaqlar. Rəhbərliyin yolu açmaq səyləri nəticə verməyib. Bununla belə, qeyri-rəsmi məlumatlara görə, artıq Nəqliyyat Nazirliyindən dəmiryolçuların çalışdığı şirkətə işçilərin maaşlarının qaldırılması barədə göstəriş verilib.

Eyni vaxtda avtobus sürücülərinin də aksiyası başlayıb. Onlar da maaşlarının qaldırılmasını istəyir və tələbləri yerinə yetirilənə qədər işə çıxmayacaqlarını bildirirlər.

Bundan əvvəl Süveyş kanalının operatoru olan şirkətin işçilərinin də tətilə çıxıblar. Onlar da maaşlarının qaldırılmasını istəyir. Aksiya zamanı siyasi şüarlar da səsləndirilir.

Misirin müxtəlif bölgələrindən də nəqliyyat sistemində çalışan şəxslərin tətilə çıxması xəbərləri gəlir. Bunun ümummilli aksiyaya çevriləcəyi və Misir iqtisadiyyatının iflic duruma düşəcəyi təhlükəsi var.

Qahirənin Təhrir meydanında isə prezident Hüsnü Mübarəkin istefa verməsi tələbi ilə keçirilən aksiyalar davam edir.






10 Fevral, 2011  16:13 Baxılıb: 1726 Çap

Bu bölmədə


XƏBƏR LENTİ
29 Noyabr, 2024  12:14

27 Noyabr, 2024  13:23


18 Noyabr, 2024  14:19

18 Noyabr, 2024  13:18


30 Sentyabr, 2024  12:25


16 Sentyabr, 2024  12:49

12 Sentyabr, 2024  11:08












10 İyun, 2024  16:13

7 İyun, 2024  12:18

6 İyun, 2024  14:22





31 May, 2024  15:30





24 May, 2024  14:01

23 May, 2024  16:06





6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16