ABŞ konqresmenlərinin bəziləri Facebook sosial şəbəkəsində tətbiq edilən və kənar əlavələrin müəlliflərinə istifadəçilərin şəxsi informasiyasını əldə etmək imkanı verən yeniliklər barədə bu internet resursunun təsisçisi Mark Tsukerberqdən izahat tələb etmişlər.
Sosial şəbəkənin rəhbərliyi bu ilin yanvarında proqram müəlliflərinə və tərəfdaş saytlara istifadəçilərin (onların icazəsindən sonra) əlaqə informasiyasından istifadə imkanı vermişdir.
Tsubergerə məktub ünvanlayan konqresmenlər ondan istifadəçilərin şəxsi informasiyasının hansı şəkildə müdafiə olunacağı barədə ətraflı izahat istəmişlər.
Sophos şirkəti isə kütləvi SMS-məktublara yol verməmək üçün istifadəçiləri Facebook-dan əlaqə məlumatlarını dərhal çıxarmağa çağırmışdır.