Cəmil Özeren qaraciyər serrozu ilə xəsətəxanaya qaldırılıb
Ötənlərin məşhur musiqi qrupu Ayna ilə adını tanınan musiqiçi Cəmil Özeren, serroza tutuldu. Simsar.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, təxminən bir ildir qaraciyərindən müalicə alan Özerenin vəziyyəti iki həftə əvvəl ağırlaşıb. Esenlerdəki Hayat Xəstəxanasına yatırılan Özeren reanimasiyadadır.
Ayna qrupunun üzvü və Cəmil Özerenin 30 illik dostu Ərhan Gülərüz açıqlamasında bunları deyib: "Cəmilə təxminən 2 ay əvvəl serroz diaqnozu qoyulub. Amma özü ailəsindən və dostlarından bu vəziyyəti gizlədib. 10 gün əvvəl reanimasiyaya alınında bizim xəbərimiz oldu. Bu anda vəziyyəti çox pisdir. Qaraciyərinin vəziyyəti pisdir, çalışmır. Həkimlərin söylədiyinə görə, qaraciyər nəqli də mümkün deyil. Həkimlər Cəmilin daha uzun yaşaması üçün çaba göstərirlər. Bütün sevənlərindən dua gözləyirik"
DİGƏR XƏBƏRLƏR