"Rabitə" - "Sollis Nestle" matçının ən yaxşı voleybolçusunun adı məlum olub
Dohada keçirilən klublararası dünya çempionatında “Rabitə” (Azərbaycan) - “Sollis Nestle” (Braziliya) matçının ən yaxşı voleybolçusunun adı məlum olub. B qrupunun son oyununda Bakı komandasının xorvatiyalı legioneri Nataşa Osmokroviç bombardirlik keyfiyyətini nümayiş etdirib.
O, 3:2 hesabı ilə qalib gəldiyimiz oyunda “Rabitə”yə 21 xal qazandırıb.
Zoran Qayiçin yetirmələrindən Natalya Məmmədova 19, Nataşa Krsmanoviç 15, Sanya Staroviç 12, Mira Qoluboviç 13 və İrina Jukova 3 xala seviniblər.
Rəqib komandanın heyətində isə Kosta Culiana sərrastlığı ilə seçilib. O, “Rabitə”dən 20 xal almağı bacarıb.
Qeyd edək ki, ilk oyunda Natalya Məmmədova ən güclü olmuşdu.