Məhkəmə qərar çıxarıb
APA-nın məlumatına görə, “Bakı Telekom” MMC iddiasında "Aztelekom" İB-nin bağlanmış müqavilə öhdəliyini yerinə yetirmədiyini, buna görə, “Aztelekom” İB-nin ona kompensasiya ödəməli olduğunu bildirib.
Məhkəmə iddianı təmin edərək, “Aztelekom” İB-dən “Bakı Telekom” MMC-nin xeyrinə 321 min 373 manat 35 qəpik tutulması barədə qərar çıxarıb.
Qeyd edək ki, Azərbaycanın milli rabitə operatoru olaraq, "Aztelekom" İstehsalat Birliyi fərdi müştərilərə, korporativ müştərilərə, rabitə operatorlarına və digər istifadəçilərə rabitə və infokommunikasiya texnologiyalarının müxtəlif xidmətlərini göstərir.
2003-cü ildə yaradılmış “Bakı Telekom” MMC-nin isə əsas fəaliyyət istiqamətləri telekommunikasiya avadanlıqlarının satışı və internet xidmətidir.