O, hadisə yerində öldü
Yasamal rayon Polis İdarəsindən Lent.az-a verilən məlumata görə, İsmayıl Qutqaşınlı küçəsi 102 ünvanının qarşısında 1981-ci il təvəllüdlü Məmmədov Taleh Arif oğlu güllələnib.
Məlumata görə, “VAZ-2107” ilə hərəkət edən T.Məmmədovun qarşısını naməlum şəxslər kəsib və ona tapançadan atəş açıb. 30 yaşlı oğlan hadisə yerində ölüb.
Hazırda hadisə yerində hüquq mühafizə orqanları araşdırma aparır.