Prezident Ağdərədə Novruz tonqalını alovlandırıb
Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva martın 18-də Ağdərə rayonunun Həsənriz kəndində buraya köçən bir qrup sakinlə görüşüb, fərdi evlərin və infrastrukturun bərpası sahəsində görülən işlərlə tanış olublar. Simsar.az xəbər verir ki, sonra dövlət başçısı və Mehriban Əliyeva kənd sakinləri ilə birlikdə Novruz tonqalını alovlandırıblar.