Sabah Əfv Komissiyasının iclası keçiriləcək
Azərbaycan Respublikasının Prezidenti yanında Əfv Məsələləri Komissiyasının növbəti iclası keçiriləcək. Simsar.az APA - ya istinadla xəbər verir ki, iclas sabah baş tutacaq. Qeyd edək ki, komissiyanın son iclası fevralın 12-də keçirilib. İclasda 100-dən artıq müraciət müzakirə olunub. Komissiyanın iclaslarının nəzərdə tutulan əfvlə bağlı keçirildiyi bildirilir.