Seymur İsayev: "33 ildir bu qanlı cinayətin mənəvi ağrısını yaşayırıq"
Bu gün bəşəriyyətin ən dəhşətli hadisələrindən olan Xocalı faciəsindən 33 il ötür. Bu münasibətlə Sipark İnşaat tikinti şirkətinin rəhbəri, iş adamı Seymur İsayev faciə qurbanlarını yad edib. Simsar.az xəbər verir ki, iş adamı Xocalıda baş verənləri XX əsrin ən dəhşətli və ən qəddarcasına törədilmiş faciəsi adlandırıb. "Xalqımız 33 ildir ki, bu qanlı cinayətin - Xocalı soyqırımının mənəvi ağrısını öz həyatında daşıyır. Bu gün Xocalı şəhidlərinin ruhları şaddır demək olar. Xocalı və işğaldan azad olunmuş digər rayonlarımız artıq azaddır. Prezident İlham Əliyevin rəhbərliyi ilə Vətən müharibəsi, eləcə də uğurlu antiterror tədbirləri nəticəsində respublikamızın ərazi bütövlüyü və suverenliyi tam təmin olundu. 2023-cü il oktyabrın 15-də Prezident İlham Əliyev Xocalı şəhərində Azərbaycan Respublikasının Dövlət Bayrağını ucaltdıqda hər bir azərbaycanlı qürur hissi keşirtdi. Ürəyimizdə nisgilə dönmüş Xocalı yenidən canlandı. Prezident İ.Əliyevin özünün də dediyi kimi, bu gün biz tam əminliklə deyə bilərik ki, Xocalı qurbanlarının qanı yerdə qalmadı. Artıq Xocalı soyqırımı günü Azərbaycan xalqının birliyinin, milli təəssübkeşliyinin simvoluna çevrilib. Faciə qurbanlarını hörmətlə anırıq."