Sabahın havası
Fevralın 25-də gözlənilən hava şəraiti açıqlanıb. Bakıda və Abşeron yarımadasında hava necə olacaq? Milli Hidrometeorologiya Xidmətindən Simsar.az - a verilən xəbərə görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gecə və səhər bəzi yerlərdə az qar yağacağı ehtimalı var. Şimal-qərb küləyi gündüz cənub-qərb küləyi ilə əvəz olunacaq. Havanın temperaturu Gecə 5-8° şaxta Gündüz 2-6° isti olacaq. Atmosfer təzyiqi 764 mm civə sütunu təşkil edəcək Nisbi rütubət gecə 70-75 % Gündüz 55-65 % olacaq Azərbaycanın rayonlarında hava necə olacaq? Azərbaycanın əksər rayonlarında havanın əsasən yağmursuz keçəcəyi, lakin gecə və axşam bəzi dağlıq ərazilərdə qar yağacağı gözlənilir. Bəzi yerlərdə arabir duman olacaq. Mülayim qərb küləyi əsəcək. Havanın temperaturu Gecə 4-9° şaxta Gündüz 1-6° isti Dağlarda gecə 13-18° şaxta, Yüksək dağlıq ərazilərdə 20-25° şaxta Gündüz 5-10° şaxta olacaq. Yolların buz bağlaması davam edəcək.