Xalq artisti Polad Bülbüloğlunun doğum günüdür
Bu gün Azərbaycan bəstəkarı və müğənnisi, SSR Xalq artisti Polad Bülbüloğlunun doğum günüdür. Simsar.az bildirir ki, Polad Murtuza oğlu Məmmədov 1945-ci ilin fevralın 4-də Bakıda anadan olub. O, soyad kimi atasının ləqəbini - Bülbül götürüb. O, 1968-ci ildə Azərbaycan Dövlət Konservatoriyasını bitirib. Polad Bülbüloğlu geniş yayılmış bir sıra mahnıların müəllifi və onların ifaçısı kimi tanınıb. Kino filmlərin, dram tamaşalarının musiqilərinin, simfoniya, simfonik poema və s. əsərlərin müəllifidir.