Prezident Polad Bülbüloğlu ilə bağlı sərəncam imzaladı
Polad Bülbüloğlu 1-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib. Simsar.az xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev Sərəncam imzalayıb. Sərəncamla P.Bülbüloğlu bu mükafata Azərbaycanın ictimai-siyasi və mədəni həyatında uzunmüddətli səmərəli fəaliyyətinə görə layiq görülüb.