Deputat Tənzilə Rüstəmxanlının, şəhidlərlə bərabər Hacı Şahin Həsənliyə də salavat gətirilməsinə səsləndirdiyi etiraza şəhid analarından sərt reaksiya gəlib. Simsar. az xəbər verir ki, şəhid Hacı Rauf Əsgərovun anası Brilliant Əsgərova millət vəkilinə sərt şəkildə münasibət bildirib. "Ümumiyyətlə mədəniyyəti olan insan belə sözləri dilinə gətirməz. Bu nə insanlıqdır ki, ondan nə millət vəkili ola? Mən Hacı Şahini balam qədər istəmişəm, onu Raufla eyni bilmişəm. Ayıb olsun! Belə cılız ifadələr işlədən özünə və millətinə hörmət qoymayan biridir"