Sipark İnşaat tikinti şirkətinin rəhbəri, iş adamı Seymur İsayev 20 yanvar hadisələrində canından keçən şəhidlərin ailələrinə baş sağlığı verib. Simsar. Az xəbər verir ki iş adamı Azərbaycan xalqının tarixinə Qanlı Yanvar faciəsi kimi daxil olmuş 20 yanvar hadisəsini keçmiş sovet dövlətinin Azərbaycan xalqına qarşı həyata keçirdiyi hərbi təcavüz və insanlığa qarşı törədilmiş ən ağır cinayət olduğunu bildirib. “Milli azadlıq və ərazi bütövlüyü uğrunda mübarizəyə qalxmış dinc əhaliyə silahlı təcavüz nəticəsində yüzlərlə günahsız insanın qətlə yetirilməsi və yaralanması sovet rejiminin cinayətkar mahiyyətini bütün dünyaya nümayiş etdirdi.
20 yanvar hadisəsi nə qədər faciəli olsa da, Azərbaycan xalqının iradəsini, milli azadlıq uğrunda mübarizə əzmini qıra bilmədi. Həmin gecədə həlak olan vətən oğulları və qızları Azərbaycanın tarixinə parlaq səhifə yazdılar, xalqın milli azadlığı, müstəqilliyi üçün yol açdılar. Bu gün müstəqil Azərbaycan dövlətinin tarixində 20 Yanvar faciəsi xalqımızın şərəf və qəhrəmanlıq səhifəsi kimi yazılıb. Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda həlak olmuş şəhidlərin əziz xatirəsini hörmətlə yad edir, yaxınlarına başsağlığı diləyirik!
DİGƏR XƏBƏRLƏR