Bakıda ölümlə nəticələnən yol qəzası olub.
Sabunçu rayon Polis İdarəsindən Lent.az-a verilən məlumata görə, Sabunçu rayonu, Maştağa qəsəbəsi ərazisində “Mercedes” markalı avtomobil 1999-cu il təvəllüdlü Xeybər Həsənovu vurub.
Hadisədən dərhal sonra sürücü yaralını 3 saylı klinik xəstəxanaya aparsa da, onun həyatını xilas etmək mümkün olmayıb.
Faktla bağlı araşdırma aparılır, sürücü saxlanılıb.
DİGƏR XƏBƏRLƏR